“Qarabağ”ın hər iki matçının tarixi açıqlandı

ESTAFET/ Çempionlar Liqasının I təsnifat mərhələsi çərçivəsində “Qarabağ”la “Olimpiya” arasında keçiriləcək hər iki oyunun tarixi müəyyənləşib. İlk qarşılaşma iyulun 11-də baş tutacaq.

 

Həmin gün “Qarabağ” Lyublyanada Sloveniya çempionunun qonağı olacaq. Görüş yerli vaxtla 20:00-da (Bakı vaxtı ilə 22:00) start götürəcək. 

 

Komandalar arasında cavab görüşü isə iyulun 18-də Bakıda oynanılacaq.

Müəllif: Natiq NƏSİROV