Danimarkadan bərabərlik, Fransa qalib gəldi
ESTAFET/ Dünya çempionatının qrup mərhələsində bu gün növbəti oyunlar keçirilir. C qrupunda II tura yekun vurulacaqsa, D qrupunun bir görüşü baş tutacaq.
İlk turda Peru üzərində minimalhesablı qələbə qazanan Danimarka bu dəfə mundiala məğlubiyyətlə başlayan Avstraliya ilə üz-üzə gəlirdi. Hərəyə bir dəfə fərqlənən komandalar meydandan sülhlə ayrılıblar.
Birinci qarşılaşmasında çətin qələbə qazanan Fransa Perunu sınağa çəkəcək. Fransa və Danimarka növbəti qələbəni əldə edəcəkləri təqdirdə, 1/8 final mərhələsinə vəsiqəni rəsmiləşdirəcəklər.
Dünya çempionatına gözlənilmədən xal itkisi ilə başlayan Argentina prinsipial görüşə çıxacaq. Lionel Messinin komandası qrupun favoritlərindən sayılan və birinci matçda 3 xal qazanan Xorvatiya ilə üz-üzə gələcək. Cənubi Amerikalılar şansı möcüzəyə saxlamamaq üçün mütləq qələbə qazanmalıdı.
Dünya çempionatı
II tur, 21 iyun
C qrupu
Fransa – Peru 1:0
Baş hakim: Mohammed Abdulla Hassan (Birləşmiş Ərəb Əmirlikləri)
Yekaterinburq, Mərkəzi stadion
Danimarka - Avstraliya 1:1
Qollar: Kristian Eriksen 7 - Mayl Yedinak 39 (p.)
Sarı vərəqələr: Yusuf Poulsen, 37; Sisto Pione, 84
Baş hakim: Antonio Mateu Lahoz (İspaniya)
Samara, "Kosmos Arena"
Danimarka: 1. Kasper Şmeyxel, 4. Simon Kyaer (k.), 6. Andreas Kristensen, 14. Henrik Dalsqor, 17. Yens Srtyuqer-Larsen, 8. Tomas Deleyni, 10. Kristian Eriksen, 19. Lasse Şone, 20. Yusuf Poulsen (11. Martin Braytvayt, 59), 9. Nikolay Yorgensen (21. Andreas Kornelius, 68), 23. Sisto Pione
Ehtiyat oyunçular: 16. Yonas Lossl, 22. Frederik Rennov, 3. Yannik Vesterqor, 18. Lukas Loreger, 12. Kasper Dolberq, 5. Yonas Knudsen, 13. Mattias Yorgensen, 2. Mikael Kron Deli, 15. Viktor Fişer
Baş məşqçi: Oqe Hereyde
Avstraliya: 1. Metyu Rayan, 5. Mark Milliqan, 16. Aziz Behiç, 19. Coş Risdon, 20. Trent Seynsberi, 7. Metyu Leki, 10. Robbi Kruz (17. Daniel Arzani, 68), 13. Aaron Muy, 15. Mayl Yedinak (k), 23. Tom Rogiç (22. Cekson İrvayn, 82), 11. Endryu Nabbut (9. Tomi Yuric, 75)
Ehtiyat oyunçular: 12. Bred Cons, 18. Denni Vukoviç, Miloş Degenek, 3. Ceyms Meredit, 4. Tim Keyhill, 6. Metyu Yurman, 8. Massimo Luonqo, 14. Ceymi Maklaren, 21. Dimitri Petratos
Baş məşqçi: Bert van Marveyk