Yığmamız qrupda qaldı

ESTAFET/ Qadın basketbolçularımız 3X3 basketbol üzrə Avropa Çempionatının seçmə mərhələsinə qatılmışdılar.

 

Andorrada keçirilən seçmə mərhələnin birinci günündə legionerlərdən ibarət millimiz əvvəl İspaniya (14:19), sonra isə Yunanıstana (17:20) məğlub olub. Ertəsi gün basketbolçularımız Andorranı (21:9) və cox gərgin mübarizə şəraitində hazırki Dünya Çempionu İtaliya milli yığmasını (19:17) məğlub etməyi bacarıb.

 

Nu nəticələrkomandamıza yarımfinala adlamağı üçün kifayət etməyib. Yunanıstanla eyni xal (6) toplayan komandamız şəxsi görüşdə onlara uduzduğuna görə qrupda İtaliya (7), İspaniya (7), Yunanıstan (6) yığmalarından sonra dördüncü olub. 

Müəllif: Natiq NƏSİROV