Şpaqaçımız qrup mərhələsini adlaya bilmədi
ESTAFET/ Serbiyanın Novıy Sad şəhərində keçirilən qılıncoynatma üzrə Avropa çempionatında 3-cü yarış günü keçirilib.
Bu dəfə kişilər arasında sablya və qadınlar arasında rapirada qaliblər müəyyənləşib. Şpaqaçımız Elmira Xudaverdiyeva qrup mərhələsində keçirdiyi 6 görüşdən 2-də qalib gəlib və pley-offa adlaya bilməyib.