Şpaqaçımız Avropa çempionatında 25-ci oldu

ESTAFET/ Serbiyanın Novıy Sad şəhərində keçirilən qılıncoynatma üzrə Avropa çempionatı davam edir. Qitə çempionatının ikinci yarış günündə kişilər arasında şpaqa və qadınlar arasında rapirada qaliblər müəyyənləşib.

 

Təmsilçilərimizdən şpaqada çıxış edən Kənan Əliyev turnirə uğurlu start verib. Qrup mərhələsində keçirdiyi 6 görüşdən 4-də qələbə qazanan şpaqaçımız birbaşa 1/32 finala yüksəlib. Burada Angel Fabreqata 15:12 hesabı ilə qalib gələn 1/16 finalda ispan şpaqaçı Qabriel Ciminiyə 9:15 hesabı ilə uduzub. Təmsilçimiz 104 idmançı arasında 25-ci yeri tutub.


Qrupda keçirdiyi 6 görüşü qələbəsiz başa vuran Barat Quliyev isə mübarizəni erkən dayandırıb. 

Müəllif: Orxan NOVRUZOV