"Qəbələ"nin Sloveniya gündəliyi - 27.06.2018

ESTAFET/ “Qəbələ” 2018/19 mövsümünün hazırlıqlarını davam etdirir. “Qırmızı-qaralar” Sloveniya toplanışının 8-ci gününü başa vurub. Komanda günü bir məşqlə yekunlaşdırıb. Baş məşqçi Sənan Qurbanovun rəhbərliyi altında keçən hazırlıq prosesi günün ikinci yarısına təsadüf edib. Futbolçular öncə fiziki təmrinləri, ardınca əsasən toplu çalışmaları yerinə yetirib.

 

Xatırladaq ki, “Qəbələ” iyunun 28-də növbəti yoxlama oyununu keçirəcək. “Qırmızı-qaralar” Sloveniya toplanışı çərçivəsindəki ikinci matçında Xorvatiyanın “Dinamo” (Zaqreb) klubu ilə qarşılaşacaq. 

Müəllif: Orxan NOVRUZOV