"Neftçi"dən ardıcıl ikinci qələbə

ESTAFET/ "Neftçi” klubu bu gün Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində ikinci yoxlama oyununa çıxıb. "Ağ-qaralar" məskunlaşdığı "Fenerbahçe Topuk Yaylası Resort and Sport” otelinin meydanında Rumıniyanın "Dunarea Kalarası” klubuna 2:0 hesabı ilə qalib gəlib. Qollara Dario Frederiko (39-cu dəqiqə) və Mirabdulla Abbasov (60-cı dəqiqə) imza atıblar.

 

"Neftçi”: 1.Səlahət Ağayev, 4.Rəşad Eyubov, 9.Baqali Dabo, 10.Dario Frederiko, 15.Ruslan Abışov (K), 17.Rəhman Hacıyev, 18.Tural Axundov, 21.Məhəmməd Mirzəbəyov, 22.Mirabdulla Abbasov, 28.Slavko Braliç, 93.Soni Mustivar.

 

Ehtiyat oyunçular: 94.Rəşad Əzizli, 73.Nail Alışov, 5.Anton Krivotsyuk, 6.Qoran Paratski, 7.Namik Ələskərov, 8.Emin Mahmudov, 26.Ömər Buludov, 36.Xəlil Bəşirov, 37.Vüsal Əskərov, 51.Elçin Əsədov, 70.Əli Şirinov, 77.Elvin Sərkərov. 

 

Qeyd edək ki, ilk yoxlama oyununda Makedoniyanın "Şkupi” klubunu məğlub etmiş (2:0) "Neftçi” iyulun 5-də "Politexnika” (Rumıniya) ilə üz-üzə gələcək. İyulun 2-dəki rəqibimizin kimliyi haqda isə yaxın günlərdə məlumat verəcəyik.

Müəllif: Natiq NƏSİROV