"Qəbələ"nin Sloveniya gündəliyi - 02.07.2018
ESTAFET/ Sloveniyada təlim-məşq toplanışında olan “Qəbələ” 2018/19 mövsümünün hazırlıqlarını davam etdirir. “Qırmızı-qaralar” hazırlığın 13-cü gününü başa vurub.
Komanda günü bir məşqlə yekunlaşdırıb. Günün ilk yarısına təsadüf edən hazırlıq qaçış və fiziki təmrinlərdən ibarət olub.