ŞƏHRİYARDAN NÖVBƏTİ XAL İTKİSİ

ESTAFET/ Moskvada keçirilən şahmat üzrə superturnir davam edir. Bu gün yarışların 5-ci turu keçirilib. Təmsilçimiz Şəhriyar Məmmədyarov ötən tur olduğu kimi, bu turda da yerli şahmatçı Pyotr Svidler ilə heç-heçə edərək xalları yarı bölüb. Turun digər görüşləri aşağıdakı nəticələrlə yekunlaşıb. 

 

Li Çao (Çin, 2746) - Evgeniy Tomaşevskiy (Rusiya, 2731) 0,5-0,5
Levon Aronyan (Ermənistan, 2795) - Vladimir Kramnik (Rusiya, 2808)  0,5-0,5
Vişvanatan Anand (Hindistan, 2776) Boris Qelfand (İsrail, 2743) 1-0
Aniş Giri (Hollandiya, 2755) - Yan Nepomnyaşiy (Rusiya, 2740) 0,5-0,5
Şəhriyar Məmmədyarov (Azərbaycan, 2761) - Pyotr Svidler (Rusiya, 2745) 0,5-0,5