Əliyar Ağayev yığma üzvləri üçün seminar keçib

ESTAFET/ FİFA referisi Əliyar Ağayev Bakıda təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının üzvlərinə seminar keçib. Referi yığmanın üzvlərinə oyun qaydaları haqda məlumat verib, futbolçuların suallarını cavablandırıb. Sonda Ə. Ağayevə milli komandanın forması hədiyyə edilib.


Qeyd edək ki, iyunun 20-dən Bakıda təlim-məşq toplanışında olan U-17 İranın müvafiq yaş qrupundan ibarət komandası ilə iki yoldaşlıq oyunu keçirəcək. Komandalar iyulun 7-də “Dalğa Arena”da, iyulun 10-da isə Bakı Olimpiya Stadionunda üz-üzə gələcək. Hər iki oyun saat 20:00-da başlayacaq.  

Müəllif: Natiq NƏSİROV