"Qəbələ" I təsnifat mərhələsi üçün bu oyunçuları sifariş etdi
ESTAFET/ Futbol üzrə UEFA Avropa Liqasının I təsnifat mərhələsindəki təmsilçilərimizdən olan "Qəbələ"nin iştirak ərizəsi müəyyənləşib. “Qırmızı-qaralar” Lüksemburqun “Proqres” klubu ilə qarşılaşmalar üçün ilkin sifariş vərəqini UEFA-ya təqdim edib. Quruma göndərilən A vərəqində 18 futbolçu yer alıb.
Xatırladaq ki, “Qəbələ”nin “Proqres”lə ilk oyunu iyulun 12-də evdə, cavab qarşılaşması isə iyulun 19-da səfərdə baş tutacaq.
Qapıçılar
22. Dmitri Bezotosnıy
30. Aqil Məmmədov
Müdafiəçilər
34. Ürfan Abbasov
18. İlqar Qurbanov
33. Təmkin Xəlilzadə
27. Bəhlul Mustafazadə
5. Rasim Ramaldanov
3. Voyislav Stankoviç
Yarımmüdafiəçilər
8. Qismət Alıyev
21. Lalavele Atakora
14. Cavid Hüseynov
7. Roman Hüseynov
4. Elvin Camalov
88. Sabien Lilay
11. Asif Məmmədov
Hücumçular
28. Stiven Cosef-Monroz
10. Rauf Əliyev
17. Ceyms Adeniyi