Hazırlıq "İsmət Qayıbov"da iki məşqlə davam etdi

ESTAFET/ Futbol üzrə UEFA Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində iyulun 12-si saat 21:00-da "Dalğa Arena”da Macarıstanın "Uypeşt” klubu qarşılaşacaq "Neftçi” hazırlığa ara vermədən davam edir. Komandamız bu gün İsmət Qayıbov adına təlim-məşq bazasında iki məşqə çıxıb. Bütün futbolçuların iştirak etdiyi hazırlıq proseslərində səhər məşqi fiziki, axşam məşqi isə texniki-taktiki hazırlığa həsr olunub. Hazırlıq sabah axşam məşqi ilə davam edəcək.

 

Xatırladaq ki, iyulun 6-da Türkiyədən təlim-məşq toplanışından qayıdan baş məşqçi Roberto Bordinin yetirmələri ayın 7-dən etibarən hazırlığı İsmət Qayıbov adına təlim-məşq bazasında davam etdirir. 

Müəllif: Natiq NƏSİROV