Biletlər daha 3 məntəqədə satışa çıxarıldı

ESTAFET/ Futbol üzrə UEFA Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Neftçi” – "Uypeşt” oyununun biletləri daha 3 məntəqədə satışa çıxarılıb. Qiyməti 1, 2, 5 və 20 (VİP yerlər) AZN təşkil edən biletləri "Dalğa Arena” və "Bakcell Arena” stadionlarının kassaları ilə yanaşı, "Rahat market”in "Neftçilər”, "Metropark” və "Baku MALL” (Qələbə dairəsi) mağazalarından əldə etmək mümkündür. Kassalar hər gün saat 10:00-dan 22:00-dək işləyir.

 

Qeyd edək ki, iyulun 12-da "Dalğa Arena”da keçiriləcək oyun saat 21:00-da başlanacaq. 

Müəllif: Natiq NƏSİROV