"Neftçi" hazırlığı ara vermədən davam etdirir

ESTAFET/ Dünən axşam saatlarında Türkiyədən təlim-məşq toplanışından qayıdan "Neftçi” hazırlığa ara vermədən davam edir. Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində iyulun 12-si saat 21:00-da "Dalğa Arena”da Macarıstanın "Uypeşt” klubu qarşılaşacaq komandamız bu gün səhər saatlarında İsmət Qayıbov adına təlim-məşq bazasında məşqə çıxıb. Bütün futbolçuların iştirak etdiyi yüngül xarakterli çalışmalardan sonra baş məşqçi Roberto Bordin yetirmələrini istirahətə buraxıb. Hazırlıq sabah iki məşqlə davam edəcək.

 

Xatırladaq ki, "Neftçi” iyunun 17-də Bakıda bir araya gələrək iki mərhələli təlim-məşq toplanışına start vermişdi. İyunun 22-də Türkiyəyə yollanan komandamız iyulun 6-dək qardaş ölkədə 4 yoxlama oyununda gücünü sınayıb. 

Müəllif: Natiq NƏSİROV