Şahanə Nəzərovanın qazancl gümüş oldu

ESTAFET/ Xorvatiyanın Zaqreb şəhərində yeniyetmə güləşçilərin Dünya çempionatı davam edir. Üçüncü yarış günündə 43, 49, 57, 65 və 73 kq çəki dərəcələrində yeniyetmə qızlar mübarizə aparıb. Yığmamız 3 çəkidə idmançı ilə təmsil olunub.

 

43 kq çəkidə mübarizə aparan Şahanə Nəzərova ardıcıl olaraq Yaponiya və Fransadan olan rəqiblərini məğlub edib və yarımfinala yüksəlib. Yarımfinalda Ukrayna idmançısına da tam üstünlüklə qalib gələn Şahanə finala yüksəlib. Həlledici görüşdə onun rəqibi ABŞ idmançısı olub. Görüşü məğlub başa vuran təmsilçimiz gümüş medalla kifayətlənib.

 

43 kq
FİNAL - Emily Şilson (USA) - Şahanə Nəzərova 14:4
1/2 final - Amina Ponomarova (UKR) - Şahanə Nəzərova 0:10
1/4 final - Şahanə Nəzərova - Justine Vigouroux (FRA) 6:0
1/8 final - Anna Ueno (JPN) - Şahanə Nəzərova 2:9

 

57 kq
1/16 final - Nova Bergman (SWE) - Birgül Soltanova 10:6

 

65 kq
1/8 final - Kiana Pugh (USA) - Nigar Mirzəzadə 6:0 

Müəllif: Orxan NOVRUZOV