Güləşçilərimizi günü medalsız başa vurdular
ESTAFET/ Xorvatiyanın Zaqreb şəhərində yeniyetmə güləşçilərin Dünya çempionatı davam edir. İkinci yarış günündə 45, 51, 60, 71 və 92 kq çəki dərəcələrində sərbəst güləşçilər mübarizə aparıb.
Güləşçilərimizdən Sabir Cəfərov (60 kq) ardıcıl olaraq Gürcüstan və Özbəkistandan olan rəqiblərini üstələyib və yarımfinala vəsiqə qazanıb. Yunanıstan idmançısına uduzan güləşçimiz bürünc medal uğrunda görüşə haqq qazanıb. Hindistan idmançısı ilə görüşü məğlub başa vuran güləşçimiz çempionatı 5-ci sırada tamamlayıb.
45 kq
Təsəlliverici görüş - Kənan Heybətov - Şaxboz Komilov (UZB) 0:8
1/8 final - Rafael Harutyunyan (ARM) - Kənan Heybətov 10:0
51 kq
1/4 final - Seyederfan Jafariangelyerdi (İRİ) - Əşrəf Kərimzadə 10:0
1/8 final - Daniel Budyka (POL) - Əşrəf Kərimzadə 0:4
60 kq
Bürünc medal görüşü - Ravinder Ravinder (İND) - Sabir Cəfərov 6:0
1/2 final - Sabir Cəfərov - Georgios Kugyumtsidis (GRE) 5:9
1/4 final - Nodir Raximov (UZB) - Sabir Cəfərov 2:5
1/8 final - Sabir Cəfərov - Baçuki Avalişvili (GEO) 7:0
71 kq
1/8 final - Maxmud Maqomedov (RUS) - Əşrəf Aşurov 10:0
1/16 final - Tseren Amgalanbaatar (MGL) - Əşrəf Aşurov 0:11
92 kq
1/8 final - Fuad Mayılov - Monu Dahiya (İND) 2:11
1/16 final - Fuad Mayılov - Hiroto Kambara (JPN) 10:0