Biletlər satışa çıxır

ESTAFET/ Futbol üzrə UEFA Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunu çərçivəsində keçiriləcək "Qəbələ" - "Proqres" (Lüksemburq) oyununun biletləri satışa çıxır. Biletləri bu gün saat 17:00-dan etibarən Qəbələ şəhər stadionunun kassalarından almaq olar. Qiymətlər sektorlardan asılı olaraq, 2 manat və 5 manat, VİP sektorlar üçün isə 30 manatdır.

 

Qeyd edək ki, iyulun 12-də Qəbələ şəhər stadionunda keçiriləcək "Qəbələ" - "Proqres" matçı saat 20:00-da başlayacaq. 

Müəllif: Bəhruz MƏMMƏDOV