"Qəbələ" işini çətinə saldı

ESTAFET/ “Qəbələ” bu gün 2018/19 mövsümünə start verib. “Qırmızı-qaralar” UEFA Avropa Liqasının I təsnifat mərhələsində ilk oyununu keçirib. Komandamız Lüksemburqun “Proqres” klubunu qəbul edib. Qəbələ şəhər stadionundakı matçın ilk dəqiqələri hər iki komanda üçün kəşfiyyat xarakteri daşıyıb. Lakin dəqiqələr keçdikcə təşəbbüsə yiyələnən “qırmızı-qaralar” topa nəzarəti ələ alıb. Sənan Qurbanovun yetirmələrinin fəallığını görən qonaqlar böyük qüvvə ilə müdafiəyə çəkilib. 

 

İkinci hissənin ilk dəqiqələri də oxşar ssenari ilə keçib. “Qəbələ” topa nəzarət etsə də, daha çox meydanın mərkəzində mübarizə aparıb. Fasilədən az sonra qonaqlar hesabı açmağa müvəffəq olub. Mayron de Almeyda fərqlənib. Buraxılan qoldan sonra “qırmızı-qaralar” hücuma keçsə də, müdafiədə inamlı oynayan qonaqların səddini yara bilməyib. Sabien Lilayın cərimə meydanındakı qayda pozuntusuna görə təyin olunan penaltidən sonra “Proqres” fərqi artırıb. Olivye Till komandasının ikinci qoluna imza atıb. Asif Məmmədovun cərimə meydanının xətti yaxınlığından “doqquzluğ”a göndərdiyi topu isə rəqib qapıçı küncə çıxarıb. Hücumlara ara verməyən komandamız Təmkin Xəlilzadə və Stiven Monrozun zərbələri ilə qonaqlara gərginlik yaşadıb. Lakin lüksemburqluların müdafiədəki oyunu futbolçularımızın hesabı dəyişməsinə imkan verməyib. Matçın sonlarında Rauf Əliyev bir neçə zərbəsi ilə yadda qalsa da, “Proqres” də əks-hücumlarla diqqət çəkib.

 

Xatırladaq ki, komandalar arasında cavab oyunu iyulun 19-da Lüksemburqda keçiriləcək.

 

UEFA Avropa Liqası.

I təsnifat mərhələsi, ilk oyun

12 iyul 2018

“Qəbələ” (Azərbaycan) - “Proqres” (Lüksemburq)  0:2

Sarı vərəqələr: Stiven Monroz 15, Təmkin Xəlilzadə 84 : Sebastyan Till 65, Sebastyan Floss 72

Qollar: Mayron de Almeyda 51, Olivye Till 61 (p.)

Baş hakim: Vyaçeslav Banari

Baş hakimin köməkçiləri: Vasile Ermişin, Dumitru Çiobanu

Dördüncü hakim: Andrey Kojokaru (hamısı Moldova)

Hakim-inspektor: İqor Pristovnik (Xorvatiya)

UEFA nümayəndəsi: Nikoloz Jqarkava (Gürcüstan)

Qəbələ şəhər stadionu

 

 

“Qəbələ”: 22. Dmitri Bezotosnı, 3. Vojislav Stankoviç (21. Lalavele Atakora, 72), 4. Elvin Camalov (33. Təmkin Xəlilzadə, 56), 10. Rauf Əliyev, 11. Asif Məmmədov (k), 17. Ceyms Adeniyi (7. Roman Hüseynov, 76), 18. İlqar Qurbanov, 27. Bəhlul Mustafazadə, 28. Stiven Monroz, 34. Ürfan Abbasov, 88. Sabien Lilay

 

Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 5. Rasim Ramaldanov, 8. Qismət Alıyev, 32. Amin Seydiyev

 

Baş məşqçi: Sənan Qurbanov

 

 

“Proqres”: 1. Sebastyan Floss, 7. Mayron de Almeyda (8. Dino Ramdedoviç, 88), 9. Yannik Bastos (70. Matias Markes, 85), 10. Olivye Till (5. Ben Foqel, 80), 14. Emmanuel Fransuaz, 19. Mario Mutş, 20. Cordan Qobron, 22. Marven Martens, 23. Adrian Ferino, 31. Sebastyan Till (k), 34. Tim Hall

 

Ehtiyat oyunçular: 13. Çarli Şinkler, 17. David Soareş, 21. Kevin Kerger, 28. Romeu Torres,

Baş məşqçi: Paolo Amodio 

Müəllif: Bəhruz MƏMMƏDOV