Karateçilər ilk yarış gününə uğurla başladı
ESTAFET/ Karateçilərimiz Xorvatiyanın Umaq şəhərində 12-21 yaşlı idmançılar arasında Dünya Karate Federasiyasının (WKF) Kuboku uğrunda yarışın ilk günü 2 medala sahib olub.
21 yaşadək gənclərdə mübarizəyə qatılan dörd idmançıdan Roman Heydərov kata yarışlarının qalibi olub. Hüseyn Alıyev (-67 kq) isə turnirin bürünc mükafatlarını qazanıb. Təsəlliverici görüşlərin həlledici qarşılaşmasında məğlub olan Elcan Məmmədrzayev (-60) və Hümmət Baxşəliyev (ikisi də -67 kq) son anda bürünc medalı əldən verib.
Seçmə komandaların digər üzvləri Xəqan Həsənov (61 kq), Bəxtiyar Rzayev (68 kq), Musa Sarızadə (+68 kq), Mədinə Sadıqova (53 kq), Fərid Ağayev (70kq), Tale Yaqubov (63 kq), Murad Hacızadə (+84 kq), Fidan Dadaşova (47 kq) və Fidan Teymurova (50 kq) növbəti üç gün ərzində tatamiyə çıxacaq. 5-8 iyul tarixlərində mötəbər yarışda 68 ölkədən 1340 idmançı iştirak edir.