Badmintonçularımızdan növbəti irəliləyiş

ESTAFET/ Bu gün Beynəlxalq Badminton Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.

 

Badmintonçularımızdan Edi Reski Dviçayo yeni açıqlanan siyahıda 21 pillə irəliləyib. 239-cu sıradan 218-ci yerə yüksələn Dviçayonun aktivində 6880 reytinq xalı var. 39 pillə irəliləyən Ezmi Qovimuramadhoni isə reytinqdə 436-cı sıradadır. Ezminin hesabındakı reytinq xalının sayı 2458-ə bərabərdir.

 

Badmintonçularımız 18-21 iyul tarixlərində Nigeriyanın Laqos şəhərində keçiriləcək "Lagos International 2018" turnrində çıxış edəcək. 

Müəllif: Orxan NOVRUZOV