Millimiz beynəlxalq turnirdə mübarizə aparacaq

ESTAFET/ İyulun 16-da Ukraynanın Odessa şəhərində boks üzrə beynəlxalq turnir start götürəcək. 7 gün davam edəcək yarışda Azərbaycan yığması da qüvvəsini sınayacaq.

 

Ölkəmiz Semyon Trestinin xatirəsinə həsr olunan A kateqoriyalı turnirə 5 boksçu ilə qatılacaq. Komandamızın baş məşqçisi Leonid Loivski Odessada Ruslan Rüstəmov (64 kq), Lorenso Sotomayor (69 kq), Kamran Şahsuvarlı (81 kq), Rauf Rəhimov (91 kq) və Rahil Məmmədliyə (+91 kq) şans verəcək.

Qeyd edək ki, yığmamız səfərə dünən axşam yola düşüb.

Müəllif: Orxan NOVRUZOV