Badmintonçularımız beynəlxalq turnirində iştirak edəcək

ESTAFET/ Badmintonçularımız Edi Reski Dviçayo və Ezmi Qovimuramadhoni Nigeriyanın Laqos şəhərində keçiriləcək "Lagos International 2018" turnirində iştirak edəcək. Təmsilçilərimizdən Ezmi Qovimuramadhoni mübarizəyə daha erkən qoşulacaq.

 

Təsnifat mərhələsinin ilk görüşündən azad olan Ezmi ikinci mərhələdə nigeriyalı badmintonçular Kabiru Sarkin-Miri Adamu - Folorunşo İlesanmi Opeyori cütünün qalibi ilə üz-üzə gələcək. Turnirə əsas mərhələdən start verəcək Edi Reski Dviçayonun ilk görüşdə rəqibi nigeriyalı Usman Ayo İsiaq olacaq. İyulun 18-i başlayacaq "Lagos International 2018" turniri 21-nə kimi davam edəcək. 

Müəllif: Natiq NƏSİROV