Cavab oyunlarına start verilir - ÇL - I təsnifat mərhələsi

ESTAFET/ Bu gündən futbol üzrə UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinin cavab oyunlarına start verilir. İlk oyun günündə 10 cüt meydana çıxacaq.

 

Azərbaycan çempionu “Qarabağ”ın mümkün rəqibi “Valletta” ilə “Kukesi” arasında ikinci dueldə bəlli olacaq.

 

“Qarabağ”ın “Olimpiya” ilə duelində məğlub olan komandanın rəqibi də bu gün rəsmiləşəcək. “Ludoqorets” ilk matçda 7 qol vurduğu “Kruzaders”i Avropa Liqasına göndərəcək.

 

UEFA Çempionlar Liqası, 2018/2019 mövsümü

I təsnifat mərhələsi, cavab oyunları

17 iyul 2018

“Valletta” (Malta) - “Kukesi” (Albaniya)  1:1

Qollar: Pikkilo 67 : Dzaria 84

İlk oyun - 0:0

 

HİK (Helsinki, Finlandiya) - “Vikinqur” (Farer Adaları)  3:1

Qollar: Klauss 1, Mensa 10, Yaqubi 19 : Vatnamar 21

İlk oyun – 2:1

 

“Hapoel” (Beer-Şeva, İsrail) - “Flora” (Tallin, Estoniya)  3:1

Qollar: Ezra 15, Maman 27, Melikson 48 : Aliku 86

İlk oyun – 4:1

 

“Malmö” (İsveç) - “Drita” (Kosovo)  2:0

Qollar: Strandberq 55, Larsson 60

İlk oyun – 3:0

 

APOEL (Kipr) - “Suduva” (Litva)  1:0

Qol: Pote 20

İlk oyun - 1:3

 

TNS (Uels) - “Şkendiya” (Makedoniya)  4:0

Qollar: Ebbe 15, Redmond 30, Kabanqo 35, Birn 90+6

İlk oyun – 0:5

 

“Videoton” (Macarıstan) - “Düdelanj” (Lüksemburq)  2:1

Qollar: Lazoviç 18, Scepoviç 58 : Kuturyer 54

İlk oyun – 1:1

 

“Srvena Zvezda” (Serbiya) - “Spartak” (Latviya)  2:0

Qollar: Ben 78, Kristiçiç 81

İlk oyun - 0:0

 

“Legiya” (Varşava, Polşa) - “Kork Siti” (İrlandiya)  3:0

Qollar: Kante 27, Radoviç 72, Karlitos 89

İlk oyun – 1:0

 

“Kruzaders” (Şimali İrlandiya) - “Ludoqorets” (Bolqarıstan)  0:2

Qollar: Börns 11 (ö.q.), Şverçok 65

İlk oyun - 0:7

Müəllif: Natiq NƏSİROV