Seçmə mərhələ yarışları başa çatdı
ESTAFET/ 7-15 iyul tarixlərində Azərbaycanın bütün bölgələrini əhatə edən ağır atletika üzrə Respublika yarışlarının 3-cü seçmə mərhələ yarışları keçirilib. Məqsəd regionlarda atletlərin hazırlıq durumlarının yoxlanılması, ehtiyat qüvvənin nəzərdən keçirilməsi, güclü idmançıların seçilməsi, ağır atletika idman növünün şəhər, rayon, qəsəbə və kəndlərdə təbliği və inkişafı, idmançılar və məşqçılər arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi olub.
Yarışlar son olaraq iyulun 14-15-də isə Samuxda keçirilib. Burada Goranboy, Gəncə, Samux, Qazax, Yevlax, Şəki və Qaxı təmsil edən 100-ə yaxın atlet medal mübarizəsi aparıb.
Yarış şəxsi xarakter daşıyıb və iştiraka yalnız texniki cəhətdən hazırlıqlı, yaşı ən azı 12 olan idmançılar buraxılıblar. Mərhələ yarışlarında 2006, 2005, 2004, 2003, 2002, 2001, 2000 və daha böyük təvəllüdlü kişilər və qadınlar, müvafiq yaş qruplarında mübarizə aparacaqlar, qaliblər Sinkleyr cədvəli üzrə müəyyən edilib.
Qeyd edək ki, mərhələ yarışları ildə 4 dəfə keçirilir.