Qılıncoynadanlarımız bu gün də medalsız qaldılar
ESTAFET/ Çinin Vuksi şəhərində keçirilən qılıncoynatma üzrə dünya çempionatının üçüncü yarış günündə sablya üzrə milli komandamızın üzvləri Səbinə Kərimova, Sevil və Sevinc Bünyatova bacıları qadınların şəxsi yarışında mübarizəyə qoşulub.
Sevinc Bünyatova qrupda keçirdiyi 6 görüşdən 2-də qələbə qazanmaqla, növbəti mərhələyə vəsiqə əldə edib. Sablyaçımız Kanada və Tayvan təmsilçilərini məğlub etməyi bacarıb. Sevinc pley-offda çinli Yinqjia Maya uduzub. Qrupda Qazaxıstan və Tailandı təmsil edən sablyaçılara qalib gələn Sevil Bünyatova da növbəti mərhəyə adlamağı bacarıb. Qılıncoynadanımız növbəti görüşündə misirli Nada Hafaza uduzub.
Uzun müddətdən sonra ilk beynəlxalq yarışına qatılan Səbinə Kərimova isə qrup mərhələsini 3 qələbə ilə başa vurub. Kərimova Qazaxıstan, ABŞ və Tailandı təmsil edən sablyaçılara qalib gəlib. Sablyaçımız pley-offda polşalı Marta Pudaya uduzub.