"Qarabağ"ın səfər oyununda norveçli hakimlər

ESTAFET/ Futbol üzrə UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunlarına hakim təyinatları açıqlanıb. Azərbaycan çempionu “Qarabağ”ın “Kukesi” ilə Albaniyadakı səfər oyununu norveçli hakimlər idarə edəcək.

 

İyulun 25-də Ola Hobber Nilsen qarşılaşmada baş hakim olacaq. Tom Harald Gronevik və Geyr Oskar İsaksen yan xətt hakimi, Kay Erik Stin dördüncü hakim funksiyasını yerinə yetirəcək. 

Müəllif: Orxan NOVRUZOV