Delarjın “Qarabağ”la müqavilə müddəti açıqlandı
ESTAFET/ “Qarabağ”ın yeni transferi Con Delarjın müqavilə müddəti müəyyənləşib. Bu barədə məlumatı Fransa mətbuatı yayıb.
Bildirilir ki, Konqo millisinin hücumçusu Azərbaycan çempionu ilə artıq münasibətləri rəsmiləşdirib. Məqalədə Delarjın “Qarabağ”la 3 illik müqavilə bağladığı vurğulanıb. 28 yaşlı forvardın adı Çempionlar Liqasının II təsnifat mərhələsində “Kukesi” ilə oyunların iştirak ərizəsinə əlavə olunacaq.
Qeyd edək ki, 2012-ci ildən Konqo yığmasının formasını geyinən Con Delarj millidə meydana çıxdığı 11 oyunda 1 qola imza atıb.
Mənbə: APASport