Basketbolçularımız hər 3 görüşü məğlub başa vurdular
ESTAFET/ Makedoniyanın paytaxtı Skopya şəhərində 18 yaşadək gənc basketbolçular arasında Avropa Çempionatı ("B" divizionu) keçirilir. Komandamız ilk 3 qarşılaşmada uğurlu nəticə əldə edə bilməyib.
Azərbaycan-Belçika (46:108)
Azərbaycan-Estoniya (60:85)
Azərbaycan-Macarıstan (55:64)
Sabah Samit Nuruzadənin yetirmələri Avstriyadan olan həmyaşıdları ilə qarşılaşacaqlar.