Qadın sablyaçılarımız dünya çempionatında 13-cü oldu

ESTAFET/ Çinin Usi şəhərində keçirilən qılıncoynatma üzrə dünya çempionatında sablya üzrə qadınların komanda yarışlarına start verilib.

 

Səbinə Kərimova, Sevil və Sevinc Bünyatovadan ibarət sablya üzrə qadınlardan ibarət komandamız ilk mərhələdə Tailand millisinə 45:37 hesabı ilə qalib gəlib. Komandamız səkkizliyə düşmək uğrunda görüşdə İtaliya millisinə 34:45 hesabı ilə uduzub. Ardınca qadın sablyaçılarımız ən güclü 12 komanda arasına düşmək uğrunda görüşdə Yaponiya yığmasına 34:45 hesabı ilə məğlub olub. 13-14-cü yerlər uğrunda görüşlərdə ilk olaraq Honkonqa 45:29 hesabı ilə qalib gələn yığmamız son görüşündə İrana 45:36 hesabı ilə qalib gələrək turniri 13-cü sırada başa vurub. 

Müəllif: Bəhruz MƏMMƏDOV