Şəhriyar liderliyini davam etdirir
ESTAFET/ Xəbər verdiyimiz kimi, İsveçrənin Bil şəhərində güclü qrossmeysterlərin iştirakı ilə şahmat üzrə nüfuzlu superturnir keçirilir. Turnirdə iştirak edən təmsilçimiz Şəhriyar Məmmədyarov uğurlu çıxışını davam etdirir.
Bu gün turnirdə 8-ci turun oyunları keçirilib. Qara fiqurlarla fransız qorssmeyster Maksim Vaşyer-Laqravla qarşılaşan Şəhriyar 42-ci gedişdə sülhə razılaşıb.
Bu nəticədən sonra aktivində 6 xal olan şahmatçımız hələ də turnir cədvəlinin vahid lideridir. Şəhriyardan 1 xal geri qalan dünya çempionu Maqnus Karlsen (Norveç) ikinci sırada, 4,5 xalı olan rus Pyotr Svidler isə üçüncü sırada qərarlaşıblar.
Sabah keçiriləcək 9-cu turda şahmatçımız ağ fiqurlarla əsas rəqibi olan Maqnus Karlsenlə oynayacaq.