"Dinamo", "Spartak" və "Şkendiya" növbəti mərhələdə

ESTAFET/ Futbol üzrə UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin cavab oyunlarına start verilib. İlk oyun günündə tur çərçivəsində 3 qarşılaşma keçirilib.

 

Keçirilən qarşılaşmaların yekununda "Dinamo" (Zaqreb, Xorvatiya), “Şkendiya” (Makedoniya) və “Spartak” (Trnava, Slovakiya) mərhələ adlayan komandalar olublar. 

 

UEFA Çempionlar Liqası, 2018/2019 mövsümü

II təsnifat mərhələsi, cavab oyunları

31 iyul 2018

 

“Hapoel” (Beer-Şeva, İsrail) - “Dinamo” (Zaqreb, Xorvatiya)  2:2

Qollar: Oqu 14, Stoyanoviç 34 (ö.q) : Budimir 49, Hayroviç 54

İlk oyun - 0:5

 

“Şerif” (Moldova) - “Şkendiya” (Makedoniya)  0:0

İlk oyun - 0:1

 

“Spartak” (Trnava, Slovakiya) - “Legiya” (Varşava, Polşa)  0:1

Qol: Asitz 63

İlk oyun - 2:0 

Müəllif: Natiq NƏSİROV