“Qarabağ” zəifləyib”: “Kukesi”nin kapitanı
ESTAFET/ “Bizi sabah çətin oyun gözləyir. Çünki səfərdə oynayacağıq”. Bu sözləri “Kukesi”nin kapitanı Yilli Şameti deyib.
Albaniya klubu sabah Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab görüşündə “Qarabağ”ın qonağı olacaq.
34 yaşlı müdafiəçi bu gün keçirilən mətbuat konfransında fikrini bu sözlərlə davam etdirib: “İlk görüşdə yaxşı nəticə əldə etdiyimizi düşünürəm. Sabah yenə ən sərfəli nəticə üçün mübarizə aparacağıq”.
Şameti “Qarabağ”ın ötən mövsümlə müqayisədə zəiflədiyini vurğulayıb: “Qarabağ”ın ötən mövsümdəki səviyyədə olmadığı hiss olunur. “Atletiko” ilə oyunlarına baxmışıq. Görünür ki, komandanı 2-3 aparıcı oyunçu tərk edib. “Qarabağ” kollektiv oyun göstərir. Bu üzdən kimisə xüsusi fərqləndirmək istəməzdim”.