"Barselona" heyətinə 19 yaşlı oyunçu cəlb edir

ESTAFET/ "Barselona" heyətinə yeni oyunçu cəlb etməyə hazırlaşır. "Sport.es"in yaydığı xəbərə görə, Kataloniya təmsilçisi seneqallı müdafiəçi Mussa Vaqeni transfer edir. 19 yaşlı futbolçu bu gün Kataloniyaya gedərək, tibbi müayinədən keçəcək. Transferin detalları açıqlanmayıb.

Ötən mövsüm Belçikanın “Eypen” klubunda çıxış edən müdafiəçi ölkə çempionatında 26 qarşılaşmada iştirak edib.

DÇ-2018-in də iştirakçısı olan müdafiəçi ümumilikdə yığmada 11 oyunda forma geyinib.  

Müəllif: Orxan NOVRUZOV