İki güləşçimiz yarımfinala yüksəlib: GAÇ - 2018

ESTAFET/ İtaliyanın paytaxtı Romada keçirilən güləş üzrə gənclərin Avropa çempionatı davam edir. Çempionatın beşinci günündə 57, 65, 70, 79 və 97 kq çəki dərəcələrində sərbəst güləşçilər mübarizəyə qoşulub.

 

70 kq çəkidə mübarizə aparan Hacımurad Hacıyev ardıcıl olaraq Gürcüstan və İsveçrə təmsilçilərinə qalib gələrək yarımfinala yüksəlib. Bu mərhələdə onun rəqibi Ukrayna idmançısı olacaq.

 

79 kq-da yarışan Orxan Abbasov isə ardıcıl olaraq Gürcüstan, Avstriya və Fransadan olan rəqiblərini məğlub edərək yarımfinala yüksəlib. Final yolunda növbəti rəqib Moldova idmançısı olacaq.

 

Yarımfinal görüşləri Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

 

57 kq
1/4 final - Əliabbas Rzazadə - Arsen Harutyunyan (ARM) 0:11
1/8 final - Minir Redjepi (MKD) - Əliabbas Rzazadə 4:8

 

65 kq
1/8 final - Elmar Kazımov - Georgi Elbakidze (GEO) 1:2

 

70 kq
1/2 final - Hacımurad Hacıyev - Stepan Lilik (UKR)
1/4 final - Tobias Portmann (SUİ) - Hacımurad Hacıyev 0:10
1/8 final - İveriko Julakidze (GEO) - Hacımurad Hacıyev 0:10

 

79 kq
1/2 final - Andrian Grosul (MDA) - Orxan Abbasov
1/4 final - Charles Andree Afa (FRA) - Orxan Abbasov 6:7
1/8 final - Orxan Abbasov - Benjamin Greil (AUT) 12:0
1/16 final - Orxan Abbasov - Tornike Kvinikadze (GEO) 1*:1

 

97 kq
1/4 final - Feyzullah Akturk (TUR) - Alimaqomed Alixmoyev 10:0 

Müəllif: Natiq NƏSİROV