"Kəpəz" toplanışı Şəmkirdə davam etdirir

ESTAFET/ Qarşıdakı mövsümün hazırlıqlarını davam etdirən “Kəpəz” Şəmkirdə təlim-məşq toplanışına başlayıb. Komanda gündə iki dəfə yerli Olimpiya İdman Kompleksinin stadionunda məşq edir. “Sarı-göylər” saat 09:30 və 17:00-da çalışmalara çıxır. Heyətdə 20 futbolçu yer alıb. Toplanış 10 gün davam edəcək.

 

Hazırlıq dövründə “Kəpəz”in yoxlama oyunları keçirməsi də planlara daxildir. İlk belə rəqib I divizion təmsilçisi “Turan Tovuz” olacaq. Bu gün Tovuzda keçiriləcək matç saat 17:00-da başlayacaq. 

Müəllif: Natiq NƏSİROV