Almaniyanın ən yaxşısını seçdilər

ESTAFET/ Almaniyada ilin futbolçusu müəyyənləşib. Madrid “Real”ının şərəfini qoruyan Toni Kroos ölkəsində ilin futbolçusu seçilib.

 

“Kicker” nəşrinin təşkil etdiyi və 475 idman jurnalistinin qatıldığı sorğuda Toni 185 səslə birinci olub.

 

39 səs toplayan “Frayburq”un hücumçusu Nils Petersen ikinci, 38 səslə “Şalke”nin müdafiəçisi Naldo isə üçüncü yeri tutub.

 

Xatırladaq ki, Kroos geridə qalan mövsümdə “Real”la UEFA Çempionlar Liqasının qalibi olub. 

Müəllif: Natiq NƏSİROV