Super Kubok "Feyenoord"un oldu

ESTAFET/ Futbol üzrə Hollandiya Super Kubokunun qalibi müəyyənləşib. Həlledici oyunda Hollandiya çempionatının son qalibi PSV ilə ölkə kubokunun son sahibi “Feyenoord” üz-üzə gəlib.

 

Qarşılaşmanın əsas və əlavə vaxtında tərəflər qalibi müəyyənləşdirə bilməyiblər - 0:0. Bu üzdən də penalti seriyasına ehtiyac duyulub. Daha dəqiq oynayan “Feyenoord” 6:5 hesabıyla qalib gələrək Super Kuboku başı üzərinə qaldırıb.

 

Rotterdam təmsilçisi tarixində 4-cü dəfə belə bir uğura imza atıb. Sözügedən klub daha öncə 1991, 1999 və 2017-ci illərdə Super Kuboka sahib çıxmışdı. “Feyenoord” bu baxımdan yalnız “Ayaks” (8 dəfə) və PSV-dən (11) geri qalır. 

Müəllif: Bəhruz MƏMMƏDOV