PSJ-nin yeni transfer hədəfi

ESTAFET/ “İnter”in hücumçusu Markus Türam PSJ-nin yay transfer pəncərəsi üçün hədəfləri arasındadır.

Parislilər Killian Mbappeyə əvəzləyici axtarırlar, ona görə də Türamın hücumun mərkəzində və cinahlarda oynamaq bacarığını yüksək qiymətləndirirlər.

“İnter” transferlər üçün pul qazanmaq üçün yayda futbolçunu buraxmağa qarşı deyil. Sövdənin başlanması üçün ən az məbləğ 80 milyon avro olaraq bildirilir.

Müəllif: Əli FƏRZƏLİYEV