Dünya Güləş Birliyi İcraiyyə Komitəsinin növbəti iclası keçirilib
ESTAFET/ Xəbər verdiyimiz kimi, ötən günlərdə İtaliyanın paytaxtı Romada güləş üzrə gənclərin Avropa çempionatı keçirilib. Çempionatın sonuncu günündə Dünya Güləş Birliyi İcraiyyə Komitəsinin növbəti iclası baş tutub. İclasda Azərbaycan Güləş Federasiyasının birinci vitse-prezidenti, İcraiyyə Komitəsinin üzvü Namiq Əliyev də iştirak edib.
İclasda Dünya Güləş Birliyinin ötən dövr ərzindəki faəliyyəti, qarşıdakı hədəflər, dünyada güləş idman növünün daha da inkişafı və populyarlığının artırılması üçün görüləcəklər işlər müzakirə edilib, İcraiyyə Komitəsi üzvlərinin təklifləri dinlənilib.
Məlumat üçün bildirək ki, Azərbaycan Güləş Federasiyasının birinci vitse-prezidenti Namiq Əliyev Dünya Güləş Birliyinin 2016-cı ilin sentyabrında Fransanın Makon şəhərində keçirilən illik Konqresində ikinci dəfə 6 illik müddətə İcraiyyə Komitəsinə üzv seçilib.