"Qarabağ" ÇL-da potensial rəqibini tanıdı
ESTAFET/ Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında pley-off mərhələsinin püşkü atılıb. Bakı vaxtilə saat 14:00-da başlayan mərasimdə Çempionlar Liqasında çıxış edən "Qarabağ"ın potensial rəqibi müəyyənləşib.
"Köhlən atlar" püşkün ən arzuolunmaz rəqibi ilə düşüb. Bu, Hollandiya çempionu PSV-di. Püşkə görə ilk matçda "Qarabağ" meydan sahibi olacaq.
Çempionlar Yolu
"Srvena Zvezda" (Serbiya) / "Spartak" (Trnava, Slovakiya) cütünün qalibi - "Zalsburq" (Avstriya) / "Şkendiya" (Makedoniya) cütünün qalibi
"Qarabağ" - BATE cütünün qalibi - PSV (Hollandiya)
"Malmö" (İsveç) / "Videoton" (Macarıstan) cütünün qalibi - "Seltik" (Şotlandiya) / AEK (Afina, Yunanıstan) cütünün qalibi
"Yanq Boyz" (İsveçrə) - "Astana" (Qazaxıstan) / "Dinamo" (Zaqreb, Xorvatiya) cütünün qalibi
Liqa Yolu
"Benfika" (Portuqaliya) / "Fənərbaxça" (Türkiyə) cütünün qalibi - PAOK (Yunanıstan) / "Spartak" (Moskva, Rusiya) cütünün qalibi
"Slaviya" (Praqa, Çexiya) / "Dinamo" (Kiyev, Ukrayna) cütünün qalibi - "Standard" (Belçika) / "Ayaks" (Hollandiya) cütünün qalibi
Qeyd edək ki, ÇL-də pley-off-un ilk oyunları 21-22 avqust, cavab görüşləri isə 28-29 avqust tarixlərində keçiriləcək.