Avropa Liqasında pley-off mərhələsinin püşkü atıldı
ESTAFET/ Bu gün futbol üzrə UEFA Avropa Liqasının da pley-off mərhələsinin püşkü atılıb. Xəbər verdiyimiz kimi, mərasimdə Azərbaycan çempionu "Qarabağ"ın bu turnirdəki potensialı rəqibi müəyyənləşib.
Belə ki, təmsilçimiz UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində qarşılaşacağı Belarus BATE-sinə uduzsa, mübarizəni məhz Avroliqada davam etdirəcək. Artıq Ağdam klubunun potensial rəqibi də məlumdu. Avropa Liqasının Çempionlar Yolunda "səpələnmişlər" səbətində yer alan "Qarabağ" - BATE cütününü məğlubu "Şerif" (Moldova) / "Valyur" (İslandiya) cütünün qalibinə rəqib olub. Püşkə görə ilk matçda təmsilçimiz səfərdə çıxış edəcək.
Avropa Liqasında pley-off mərhələsinin oyunları avqustun 23-də və 30-da keçiriləcək.
Avropa Liqası
Pley-off mərhələsi
Çempionlar Yolu
Olimpiya (Sloveniya)/HJK (Finlandiya) - Srvena Zvezda (Serbiya)/Spartak (Trnava, Slovakiya)
Hapoel (Beer-Şeva, İsrail)/APOEL (Kipr) - Astana (Qazaxıstan)/Dinamo (Zaqreb, Xorvatiya)
Kork Siti (İrlandiya)/Rusenborq (Norveç) - Zalsburq (Avstriya)/Şkendiya (Makedoniya)
Legiya (Polşa)/Düdelanj (Lüksemburq) - Alaşkert (Ermənistan)/ÇFR Kluj (Rumıniya)
Spartak (Yurmala, Latviya)/Suduva (Litva) - Seltik (Şotlandiya)/AEK (Yunanıstan)
Şerif (Moldova)/Valyur (İslandiya) – Qarabağ (Azərbaycan)/BATE (Belarus)
Malmö (İsveç)/Videoton (Macarıstan) - TNS (Uels)/Midtyulland (Danimarka)
Torpedo (Kutaisi, Gürcüstan)/Kukesi (Albaniya) - Ludoqorets (Bolqarıstan)/Jrinski (Bosniya və Herseqovina)
Əsas yol
Siqma (Çexiya)/Kayrat (Qazaxıstan) - Sevilya (İspaniya)/Jalgiris (Litva)
Sarpsborq (Norveç)/Riyeka (Xorvatiya) - Pünik (Ermənistan)/Makkabi (Təl-Aviv (İsrail)
Yagelloniya (Polşa)/Gent (Belçika) - Mariupol (Ukrayna)/Bordo (Fransa)
Nordsyelland (Danimarka)/Partizan (Serbiya) - Beşiktaş (Türkiyə)/LASK (Avstriya)
Slovan (Bratislava, Slovakiya)/Rapid (Avstriya) - Hayduk (Xorvatiya)/Styaua (Rumıniya)
Apollon (Kipr)/Dinamo (Brest, Belarus) - Vitess (Hollandiya)/Bazel (İsveçrə)
Reyncers (Şotlandiya)/Maribor (Sloveniya) - Ufa (Rusiya)/Proqres (Lüksemburq)
Hapoel (Hayfa, İsrail)/Atalanta (İtaliya) – ÇSKA (Sofiya, Bolqarıstan)/Kopenhagen (Danimarka)
Dinamo (Minsk, Belarus)/Zenit (Rusiya) - Hibernian (Şotlandiya)/Molde (Norveç)
Trençin (Slovakiya)/Feyenoord (Hollandiya) - Şturm (Avstriya)/AEK (Larnaka, Kipr)
Genk (Belarus)/Lex (Polşa) - Spartak (Subotiça, Serbiya)/Brondbü (Danimarka)
Olimpiakos (Yunanıstan)/Lütsern (İsveçrə) - Başakşəhər (Türkiyə)/Bernli (İngiltərə)
Zarya (Ukrayna)/Braqa (Portuqaliya) - Leyptsiq (Yunanıstan)/Universitatya Krayova (Rumıniya)