Ronaldo Ronalduya öz heyətində yer vermədi

ESTAFET/ Braziliya millisinin keçmiş hücumçusu Ronaldo bütün zamanların və xalqların ən yaxşı futbolçularından ibarət öz rəmzi 11-liyini müəyyən edib. AS nəşrinin məlumatına görə, hazırda dünyanın 2 ən yaxşı futbolçusundan biri olan portuqaliyalı superulduz Kriştianu Ronaldu bu "heyətdə" yer almayıb. Lakin Messi bu 11-likdə özünə yer alıb. 

 

Ronaldo bu heyətə özündən başqa daha 3 həmyerlisini daxil edib - bunlar müdafiəçilər Kafu və Roberto Karlos, hücumçu Peledir. 

 

Əfsanə futbolçunun tam 11-liyi isə aşağıdakı kimi formalaşıb:

 

Qapıçı: Canluici Buffon

Müdafiəçilər: Kafu, Fabio Kannavaro, Paolo Maldini, Roberto Karlos

Yarımmüdafiəçilər: Dieqo Maradona, Andrea Pirlo, Zinəddin Zidan, Lionel Messi

Hücumçular: Pele, Ronaldo

Müəllif: Natiq NƏSİROV