Behrami millidən getdiyini bildirdi

ESTAFET/ Futbol üzrə İsveçrə yığmasının üzvü Valon Behrami öz rəsmi "Twitter" hesabında milli karyerasını bitirməsi ilə bağlı məlumat paylaşıb. 

 

33 yaşlı Behrami hazırda İtaliyanın “Udineze” klubunda çıxış edir.

 

Qeyd edək ki, alban əsilli futbolçu İsveçrə millisində 81 oyunda forma geyinib. Yığma ilə son oyununu ötən ay başa çatan mundialda İsveçə qarşı keçirib. 

Müəllif: Orxan NOVRUZOV