Şeydayev "Trabzonspor"un məşqlərinə qatıldı

ESTAFET/ Millimizin hücumçusu Ramil Şeydayev iki günlük aradan sonra yenidən “Trabzonspor”un düşərgəsinə qayıdaraq məşqlərə başlayıb. Onun komandada qalacağı hələlik bəlli olmasada, Trabzon təmsilçisinin Super Liqanın ilk turunda oynayacağı “Başakşəhər”lə qarşılaşmanın hazırlıqlarında iştirak edib.

 

Qeyd edək ki, Avstriyanın “Mattersburq” klubu ötən günlərdə Şeydayevi icarəyə götürmək üçün “Trabzonspor”a müraciət etmişdi. 

Müəllif: Estafet.az