I Divizionda yeni mövsümün püçkatması keçiriləcək

ESTAFET/ Futbol üzrə Azərbaycan I Divizionunda 2018/2019-cu illər mövsümünün püşkatma mərasiminin vaxtı müəyyənləşib.

 

Peşəkar Futbol Liqasının məlumatına görə, tədbir 10 avqust saat 13:00-da AFFA-nın inzibati binasında keçiriləcək.

 

Xatırladaq  ki, yeni mövsümdə I Divizionda neçə komandanın iştirak edəcəyi hələ də rəsmi olaraq açıqlanmayıb.

Müəllif: Natiq NƏSİROV