"Vest Hem" 9-cu transferini reallaşdırdı
ESTAFET/ İngiltərənin "Arsenal" (London) klubunun forvardı Lukas Peres klubunu dəyişib. 29 yaşlı ispan futbolçu digər Premyer Liqa klubu "Vest Hem" ilə 3 illik yeni müqavilə imzalayıb. "Çəkicdöyənlər" müqavilənin maliyyə detallarını açıqlamayıblar.
Peres keçidi haqda fikirlərini bölüşüb: "Bu keçidə çox şadam. "Vest Hem" mənə Premyer Liqada qalmaq şansı verdi. Bu komanda ilə uğurlar qazana biləcəyim üçün xoşbəxtəm. Komandanın əla fanatları var və möhtəşəm stadionda yaxşı futbol oynayır. Özümü göstərmək üçün çox motivasiyalıyam".
Xatırladaq ki, Peres "Arenal"a 2016-cı ildə "Deportivo"dan keçmişdi. Bu müddətdə Premyer Liqada cəmi 11 oyunda meydana çıxaraq 1 qola sevinib. O, "Vest Hem"in bu mövsüm 9-cu transferidir. Klubu yayda Manuel Pelleqriniyə həvalə ediblər.