"Neftçi" ilk oyun üçün hazırlıqları davam edir

ESTAFET/ "Neftçi" Azərbaycan Topaz Premyer Liqasının ilk turu çərçivəsində "Sumqayıt”a qarşı keçirəcəyi oyunun hazırlığını davam etdirir. Komanda ilk tur matçına gündə bir dəfə "Türk Hava Yolları Futbol Mərkəzi”ndə məşq etməklə hazırlaşır. Bugünki məşqdə Ruslan Abışovdan başqa bütün futbolçular iştirak ediblər. Hazırlıq sabah da bir məşqlə davam edəcək.

 

Xatırladaq ki, avqustun 11-də "Dalğa Arena”da keçirəcək "Sumqayıt” - "Neftçi” oyunu saat 20:00-da başlanacaq. 

Müəllif: Orxan NOVRUZOV