Əliyar Ağayev pley-off mərhələsinin oyununu idarə edəcək
ESTAFET/ Azərbaycanlı FİFA referisi Əliyar Ağayevə yeni beynəlxalq təyinat gəlib. Dünən Çempionlar Liqasının III təsnifat mərhələsinin “Zalsburq” (Avstriya) – “Şkendiya” (Makedoniya) matçını idarə etmiş Ağayev bu dəfə Avropa Liqasının pley-off oyununda ədaləti qoruyacaq.
Belə ki, həmyerlimiz “Yaqelloniya” (Polşa) – “Gent” (Belçika) cütünün qalibi ilə “Mariupol” (Ukrayna) – “Bordo” (Fransa) qarşılaşmasının qalibi arasında avqustun 23-də keçiriləcək oyuna təyinat alıb. Əliyar Ağayevə ənənəvi olaraq həmkarları Rza Məmmədov və Zeynal Zeynalov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Orxan Məmmədov yerinə yetirəcək.