VOLEYBOL FEDERASİYASINDA YENİ PREZİDENT
ESTAFET/ Azərbaycan Voleybol Federasiyasının növbəti iclası keçirilib. Milli Olimpiya Komitəsində təşkil edilən bu iclasda əsas məsələ Federasiyaya yeni prezidentin seçilməsi olub. Gənclər və İdman naziri Azad Rəhimovun iclasın açılışını edərək, Azərbaycanda voleybolun tarixi və ənənəsindən danışıb. Daha sonra "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovun Federasiya prezidentliyinə seçilməsi təklifi verilib və yekdilliklə bu təklif dəstəklənib.