27-co mövsümün hesabı 27-ci dəqiqədə açıldı

ESTAFET/ Nəhayət ki, bu gün futbol üzrə Azərbaycan Topaz Premyer Liqasında 2018/19 mövsümünün startı verilib. Mövsümün açılış matçı Mərdəkanda keçirilib.

 

“Sumqayıt” “Dalğa Arena”da “Neftçi”ni qonaq edirdi. Qeyd edək ki, “Gənclik şəhəri”nin təmsilçisi öz stadionu olan “Kapital Bank Arena”da təmir işlərinə görə rəqiblərini ən azı sentyabrın sonunadək Mərdəkanda qəbul edəcək.

 

Oyuna gəldikkdə isə, oyunboyu "ağ-qaralar" nisbi üstünlüyə malik oldular və yekun nəticədə 2 cavabsız qolla mövsümə qələbə ilə start verdilər.  

 

Topaz Premyer Liqası, 2018/2019 mövsümü

I tur

11 avqust 2018

“Sumqayıt” – “Neftçi”  0:2

Qollar: Mirabdulla Abbasov 27, Emin Mahmudov 83

Qırmızı vərəqə: Vurğun Hüseynov 66
Hakimlər: Rauf Cabbarov, Mübariz Haşımov, Rahil Ramazanov, İnqilab Məmmədov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Hakim-inspektor: Xaqani Məmmədov
Bakı. “Dalğa Arena” stadionu 

 

“Sumqayıt”: 1. Mehdi Cənnətov, 2. Rail Məlikov, 3. Vurğun Hüseynov (k), 7. Cavid Tağıyev, 10. Aleksey İsayev, 14. Bəxtiyar Həsənalızadə, 18. Süleyman Əhmədov, 22. Əfran İsmayılov, 70. Ülvi İsgəndərov, 74. Yusif Nəbiyev, 99. Əli Babayev

Ehtiyat oyunçular: 36. Süleyman Süleymanov, 4. Şəhriyar Əliyev, 17. Nicat Qurbanov, 21. Arif Daşdəmirov, 41. Turan Manafov, 44. Qvanzav Maqomedov, 60. Elvin Məmmədov, 77. Murad Xaçayev, 97. Xəyal Nəcəfov

Baş məşqçi: Nazim Süleymanov

 

"Neftçi": 1. Səlahət Ağayev, 4. Rəşad Eyubov, 5. Anton Krivotsyuk, 8. Emin Mahmudov (k), 9. Baqali Dabo, 10. Dario Frederiko, 18. Tural Axundov, 21. Məhəmməd Mirzəbəyov, 22. Mirabdulla Abbasov, 28. Slavko Braliç, 93. Soni Mustivar

Ehtiyat oyunçular: 94. Rəşad Əzizli, 12. Kamran İbrahimov, 6. Qoran Paratski, 7. Namik Ələskərov, 11. Kvame Karikari, 17. Rəhman Hacıyev, 26. Ömər Buludov, 37. Vüsal Əskərov, 77. Elvin Sərkərov, 95. Rəhman Daşdəmirov

Baş məşqçi: Roberto Bordin

Müəllif: Bəhruz MƏMMƏDOV